İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başa çatıb

Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başa çatıb

18.01.2018

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində keçirilən görüşü başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"də yazıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başlayıb.

Trend-in məlumatına görə, görüş Polşanın Krakov şəhərində keçirilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.

Qeyd edək ki, bundan əvvəl E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdi.