İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Naxçıvanda Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü keçirilib

Naxçıvanda Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü keçirilib

19.08.2014

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan şəhərində Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşüb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İ.Yılmazı Naxçıvan beynəlxalq hava limanında general-polkovnik Zakir Həsənov qarşılayıb. Sonra İ.Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında rəsmi qarşılanma mərəsimi keçirilib. Türkiyə milli müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

İ.Yılmaz Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.

Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun iştirak edib.