İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Xocalı faciəsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar

Azərbaycan XİN: Xocalı faciəsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar

25.01.2018

"Ermənistan rəhbərliyi və Ermənistan Xarici İşlər Nazirliyinin instutisonal yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vala açıqlamasını xatırlatmaq istərdik".

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Tomas de Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabın 172-ci səhifəsində S.Sarkisyanın dedikləri istinad kimi yazılıb: "Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), p. 172). Tomas de Val açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib (Armenia’s then-Defense Minister and current President, Serzh Sargsyan, was quoted by the British journalist Thomas de Waal, as saying, “[b]efore Khojali, the Azerbaijanis thought that ... the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]”).

 

XİN rəsmisi bildirib ki, Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan M.Melkonyana istinadən yazır: “Xocalının bir sıra sakinləri təqribən altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da, erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar. (My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), pp. 213-214). (Author Markar Melkonian would later describe in his book how some residents of Khojaly had nearly reached safety after fleeing almost six miles but “[Armenian] soldiers chased them down”. The soldiers, he continues, “then unsheathed the knives they had carried on their hips for so long, and began stabbing” (My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), pp. 213-214)".

O əlavə edib ki, müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırım əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar:

"Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər".