İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: "İtaliya həmsədrlərin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı səylərinə töhfə verəcək"

Səfir:

25.01.2018

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın mövqeyi həmişə sabit olub. Biz hər zaman balanslı mövqenin qorunması üçün tərəflərə eyni məsafədə dayanmağa çalışmışıq. İtaliyanın ATƏT-ə sədrliyi müddətində də siyasi dialoq apararaq belə davam edəcəyik”.

Bu sözləri APA-ya müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

ATƏT-in Avropada mövcud münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlində mühüm rol oynayan bir təşkilat olduğunu söyləyən A. Massari bildirib ki, yanvarın 11-də İtaliyanın xarici işlər naziri Angelino Alfano ölkənin ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayarkən Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam etdiyini vurğulayıb.

Ötən həftə Krakovda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və həmsədrlər arasında əhəmiyyətli görüş baş tutduğunu xatırladan diplomat qeyd edib ki, mövcud durumun 25 il yubadılması çox ağır haldır: “Bu yaxınlarda BMT baş katibi Antonio Qutyerres bəyan edib ki, ATƏT-in Minsk qrupu prosesi asanlaşdırmaq üçün proaktiv və dinamik yanaşma ortaya qoymalıdır. Həmsədrlər neçə illərdir bu istiqamətdə çalışır və İtaliya ümid edir ki, onların səyləri fayda verəcək. İtaliya həmsədrlərin səylərinə töhfə verməyə çalışacaq. Əminik ki, hər kəs barış üçün işləmək istəyir. İtaliya dünyanın digər bölgələrində münaqişələrin həllində vasitəçilik sahəsində müəyyən təcrübələrə malikdir və bu təcrübə bizə öyrədib ki, münaqişənin həllində tərəfləri ayıran şeylər deyil, birləşdirən şeylər üzərində işləməliyik. Mənim ölkəm həmişə hər kəsi dinləməyə, hər kəslə dialoqa hazır və istəklidir. Münaqişənin həlli prosesinə siyasi dialoq qurmaq, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə BMTATƏT-in Helsinki Yekun Aktı, eləcə də Madrid prinsiplərinə hörmətlə yanaşmaq daxildir".

A. Massarinin sözlərinə görə, münaqişənin həllində son irəliləyişlər müsbətdir: "Tərəflər arasında fərqli formatlarda görüşlərin keçirilməsi əhəmiyyətlidir, çünki danışanda barışıq üçün imkan yaranır. Danışmayanda heç bir şans yoxdur”.

Səfir ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya XİN rəhbərinin regiona səfəri ilə bağlı suala cavabında deyib ki, martda ölkədə seçkilər keçiriləcəyindən hazırda gələcək səfərlər haqqında nə isə demək mümkün deyil: “Səfərlərin olmasını təyin etmək üçün martda keçiriləcək seçkiləri gözləməliyik. Yeni parlament seçiləcək və yeni hökumət qurulacaq. Mart ayına kimi XİN rəhbərinin Azərbaycana gəlməsi çətin baş tutsun. Yeni parlament varsa, yeni hökumət olur. Yeni hökumət varsa, nazirlər də dəyişə bilər. Alfanonun seçkilərdən sonra yenə də xarici işlər naziri olub-olmayacağını bilmirəm. Əvvəlcədən nələrin olacağını demək çətindir”.