İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN həmsədrlərin səfəri barədə məlumat yayıb

Azərbaycan XİN həmsədrlərin səfəri barədə məlumat yayıb

02.02.2018

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri barədə məlumat yayıb.

APA-nın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həmsədrlərin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə isə həmsədrlər Azərbaycana fevralın 3-dən gəlməyə başlayacaq. Amerikalı həmsədr Endryü Şofer həmin gün axşam Azərbaycana gələcək.

Həmin günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi gözlənilir. Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək.

Monitorinqdən sonra isə həmsədrlər A. Kaspşikin də iştirakı ilə Bakıda Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.