İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İraqın Azərbaycandakı səfirliyi: "Vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri Dağlıq Qarabağa getməməyə çağırırıq"

İraqın Azərbaycandakı səfirliyi:

20.08.2014

Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca, İraq Respublikası öz vətəndaşlarının işğal altında olan ərazilərə getməsinin əleyhinədir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İraqın Azərbaycandakı səfirliyindən bildirilib.

Ermənistanın işğalçı qüvvələri tərəfindən yaradılmış separatçı rejimin İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi faktına münasibət bildirən səfirlik bəyan edib ki, rəsmi Bağdad Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Azərbaycanın ərazi bütövlüyü dövlətimiz tərəfindən tanınıb və bu barədə BMT-nin qətnamələri də var. Beynəlxalq hüquqa görə, biz başqa dövlətin ərazi bütövlüyünə hörmət göstərməliyik. Rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilmiş hər hansı səfər və ya digər münasibətlər qanunsuzdur. Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri bu münaqişədən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq”.

Səfirlikdən əlavə ediblər ki, hazırda İraqın şimalında vəziyyət yaxşılaşmaqdadır və ABŞ-ın dəstəyi ilə “İslam Dövləti” qruplaşmasının dəstələri dinc əhalinin yaşadığı məntəqələrdən sıxışdırılıb çıxarılır: “Müxtəlif ölkələrdən sığınacaq vəd edilə bilər, amma  vəziyyət yaxşılaşmağa doğru gedir və tezliklə İraq vətəndaşlarının təhlükəsizliyi bərpa olunacaq”.