İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Konkret məsələlər müzakirə olunduğu tədqirdə Ermənistan təxribat əməllərinə cəhd edir

XİN: Konkret məsələlər müzakirə olunduğu tədqirdə Ermənistan təxribat əməllərinə cəhd edir

12.02.2018

Təcrübə göstərir ki, ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində konkret məsələlər müzakirə olunduğu təqdirdə Ermənistan tərəfi müxtəlif xarakterli təxribat əməllərinə cəhd göstərir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin fevralın 11-də sərhəddə törətdikləri təxribat əməli ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq deyib.

H.Hacıyev bildirib ki, bu xüsusda da Ermənistan silahlı qüvvələrinin sərhəddə törətməyə çalışdıqları təxribat əməli rəsmi İrəvanın yürütdüyü siyasətin növbəti nümunəsidir.

XİN rəsmisi bildirib ki, burada Ermənistan tərəfinin məqsədi hər vəchlə danışıqlar prosesinə mane olmaqdan ibarətdir:

“Bu hadisə bir daha onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və işğala əsaslanan mövcud status-kvo dəyişdirilməlidir”.

Qeyd edək ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

Azərbaycan ordusu tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.