İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: "Ermənistan regionda aparılan bütün layihələrdən təcrid edilib”

Nazir:

13.02.2018

"Azərbaycan prezidentinin siyasəti nəticəsində Ermənistan nəinki nəqliyyat layihələrindən, ümumiyyətlə regionda aparılan bütün layihələrdən təcrid edilib”.

"APA-Economics"in məlumatına görə, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət Ermənistanı bütün regional layihələrindən kənarlaşdırıb: “Şübhəsiz ki, Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi öz rəhbərlərindən soruşacaqlar ki, niyə Azərbaycan bu cür sürətlə inkişaf edir? Belə halda təbii ki, Ermənistan cəmiyyətinin aqressiyası ölkəni idarə edən şəxslərə yönəlir".

Nazirin sözlərinə görə, bu cür təcrid olunmalar nəticəsində Ermənistanın olmayan iqtisadiyyatı daha da böhran vəziyyətinə düşür.