İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ kəşfiyyatı: Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişə baş verə bilər

ABŞ kəşfiyyatı: Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişə baş verə bilər

14.02.2018

"Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər".

APA-nın məlumatına görə, bu barədə ABŞ milli kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən Senata təqdim olunmuş “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, bu münaqişəyə öz regional müttəfiqinə (Ermənistan nəzərdə tutulur) dəstək vermək üçün Rusiya da cəlb oluna bilər: “Hər iki tərəfin kompromisə getmək istəməməsi, kənardan təzyiqin güclənməsi, Azərbaycanın stabil hərbi modernizasiyası və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”.