İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: "Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır"

Ərdoğan:

20.02.2018

Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”. 
 
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib. 
 
R. T. Ərdoğan Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib: “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalıqətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”.