İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir"

Səfir:

21.02.2018

"Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik".

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir vurğulayıb ki, bu il Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 ili tamam olur: "Bütün bu hadisələri, keçmişi xatırlamaq, keçmişdən ibrət dərsi almaq vacibdir. Daha yaxşı gələcək qurmaq bundan da vacibdir. Münaqişənin həlli ilə bağlı vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik. Biz ABŞ hökuməti olaraq Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik".