İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova: Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər

Bahar Muradova: Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər

22.02.2018

"Zaman gələcək, Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər".

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Azərbaycan” qəzetinin nəşr etdirdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatında çıxışı zaman deyib.

B.Muradva bildirib ki, bu kitab çox böyük əhəmiyyət kəsb edir və tariximizin qan yaddaşını özündə əks etdirir.

Vitse-spiker qeyd edib ki, bu kitab tarixi məhkəmənin qurulması üçün mühüm bir sənəd rolunu oynayacaq: “Bu kitab Azərbaycanın haqq-ədalət uğrunda mübarizə aparmaq imkanını genişləndirir”.