İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün prioritet olaraq qalır

Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün prioritet olaraq qalır

22.02.2018

Həlli uzanmış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT üçün prioritet olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Vinçenso Amendola ATƏT PA-nın bu gün Vyanada keçirilən qış sessiyası zamanı deyib.

O bildirib: "Həlli uzanmış münaqişələrin nizamlanması bizim fəaliyyətimizin əsas prioriteti olaraq qalır. Burada söhbət təkcə diplomatik səylərin davam etdirilməsindən deyil, həmçinin real fəaliyyətdən gedir".

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi ilə bağlı suala cavab verən V.Amendola xatırladıb ki, tərəflər bu ilin yanvarında Krakovda ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bu məsələ üzrə razılığa gəliblər.