İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Ermənistana girovların dəyişdirilməsi təklifi ilə müraciət edib

Azərbaycan Ermənistana girovların dəyişdirilməsi təklifi ilə müraciət edib

22.08.2014

Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov, Şahbaz Hüseynov və Həsən Həsənovun nəşinin geri qaytarılması məsələsi daim Azərbaycan hökumətinin diqqətindədir.

Trend-in məlumatına görə, bu barədə Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, o, iki gündən bir Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi ilə görüşür: "Son dəfə dünən görüşmüşük və mən öz sərt mövqeyimizi ona bildirdim. Mən onların dedikləri qaydalar ilə razılaşmadım, dedim sizin dediklərinizin heç biri bizi qane etmir. Siz nə vaxt Azərbaycan hökumətinə müraciət edirsiniz, hansı əsir barəsində hansı məlumatı almaq istəyirsinizsə, biz dərhal onu təmin edirik, Ermənistan tərəfi isə bunu etmir. Nə üçün sizin Beynəlxalq Qızıl Xaç Komitəsi, sizin baş qərəgahınız bu barədə dünya ictimaiyyətinə məlumat vermir?"

Ə.Həsənov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana son təklifini edib: "Bizdə beş nəfərdən ibarət bir erməni ailəsi var, bu yaxınlarda dünyasını dəyişən erməni diversantının meyiti var. Biz təklif etmişik ki, o erməni ailəsi və o meyiti ordakı meyit və girovlarla dəyişmək istəyirik. Dünən Qızıl Xaç Komitəsi bizə izah edirdi ki, ermənilər ancaq meyiti dəyişə bilərlər, girovu dəyişmək istəmirlər. Biz də dedik ki, bu kompleks şəkildə olmalıdır, başqa təklif qəbul etməyəcəyik".