İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əhməd Davudoğlu: Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir

Əhməd Davudoğlu: Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir

26.02.2018

Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu "Facebook"dakı səhifəsində yazıb.

Ə.Davudoğlu qeyd edib: "Canımız olan azərbaycanlı qardaşlarımızın o gecə yaşadıqları qanlı faciə bizi bir-birimizə daha da yaxınlaşdırdı. Heç şübhəsiz ki, vaxt gələcək işğal altında olan Azərbaycan torpaqları azad olunacaq, yurdlarından didərgin salınan soydaşlarımız öz evlərinə qayıdacaqlar”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.