İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BMT-nin Təhlükəsizlik Şurasının açıq debatlarında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

BMT-nin Təhlükəsizlik Şurasının açıq debatlarında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

22.08.2014

BMT-nin Təhlükəsizlik Şurasında "Münaqişələrin qarşısının alınması" adlı açıq debatlar keçirilib. Bu barədə Trend BMT-nin saytına istinadən məlumat verib.

Debatlarda Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də çıxış edib.

Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan Y.Əliyev bildirib ki, Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi, onun status-kvonun saxlanmasında marağı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə riaəyyət etməməsi, Madrid sülh planından yayınması, amansız etnik təmizləmə siyasəti və onun sülh prosesini sarsıdan son təxribatları əsas verir ki, beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı əhəmiyyətli sanskiyalar tətbiq etsin.

Daimi nümayəndənin sözlərinə görə, Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması sülh prosesi üçün böyük təhlükə olaraq qalır:" Bu səbəbdən ilk növbədə erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır".

Y.Əliyevin sözlərinə görə, Ermənistan bunu nə qədər tez anlasa, regionda sülh və sabitlik bir o qədər tez bərpa oluna bilər.