İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Binəli Yıldırım: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür

Binəli Yıldırım: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür

27.02.2018

Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisində (parlament) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərginin açılışında bildirib.

B.Yıldırım qeyd edib ki, Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yananda olacaq: "Biz bir millət, iki dövlətik, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, eyni zamanda Gürcüstan hər zaman bölgənin rifahı üçün çalışıb: "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Sərginin açılışında Türkiyə parlamentinin sədri İsmayıl Kahraman, həmçinin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.