İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib” - Erməni politoloq

“Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib” - Erməni politoloq

04.03.2018

“1980-ci illərin sonlarında Bakıya gəldim. Burada nə hakimiyyətə, nə də ki, demokratik müxalifətin apardığı təbliğata aid olmayan hadisələr baş verirdi. Bəs nə baş verirdi? Bütün məsuliyyətlə deyə bilərəm ki, Sumqayıtda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil”.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində erməni politoloq Sergey Kurginyan deyib.

Politloq Sumqayıt hadisələrini törədənlərin hamısının adlarını, indi hansı təşkilatlarda çalışdıqlarını bildiyini söyləyib:

“Həmin insanlar erməniləri öldürürdülər və bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürürdülər və erməniləri bu işə qoşurdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdururdular və nəticədə gərginlik yaranırdı. Biz bütün bunları görürdük, hadisələrin arxasında kimlərin dayandığını bilirdik”.