İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: "Azərbaycan və Ermənistan arasında danışıqlar seçkilərdən sonra intensiv davam etdiriləcək"

Nazir:

05.03.2018

"Azərbaycan və Mərakeş arasında əlaqələr 1992-ci ildə qurulub. Ölkələrimiz arasında strateji səviyyədə əməkdaşlıq da ola bilər, çünki hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. Bu ilin sonu və ya gələn ilin əvvəllərində konkret layihələr üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirmək qərarına gəldik. Biznes-forum da keçiriləcək".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

E. Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".