İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir

Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir

15.03.2018

Bosniya və Herseqovina ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına istiqamətlənmiş fəaliyyətini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumunun iştirakçılarından biri olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədə çatmağın ən optimal üsulu beynəlxalq səviyyədə qəbul edilmiş, dinc və davamlı həll yoludur.

M.İvaniç xatırladıb ki, 2013-cü ilin yanvarında Bosniya və Herseqovinanın Parlament Assambleyasının Nümayəndələr Palatası, həmin ilin fevralında isə Parlament Assambleyasının Xalqlar Palatası (Yuxarı Palata) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək və hörmət haqqında qətnamələr qəbul edib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü vurğulayıb ki, bu qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dəstək də ifadə olunub.