İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə naziri: Genişmiqyaslı təlimlər Azərbaycan Ordusunun əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini bir daha sübut etdi

Müdafiə naziri: Genişmiqyaslı təlimlər Azərbaycan Ordusunun əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini bir daha sübut etdi

17.03.2018

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Nazir vurğulayıb ki, taktiki fəaliyyətlərin praktiki icrası zamanı birləşmə və hərbi hissələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirməsi bu təlimlərdə qoşunların əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini göstərdi.

Təlimlərin yüksək səviyyədə keçdiyini bildirən general-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.