İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Gürcü ekspertlər Ermənistanda faşizmin təbliğatını təhlükəli hesab edirlər

Gürcü ekspertlər Ermənistanda faşizmin təbliğatını təhlükəli hesab edirlər

26.03.2018

“Ermənistanda faşist Qareqin Njdeyə heykəlin qoyulması sadəcə təhqirdir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın Hərb Tarixi Cəmiyyətinin sədri, tarix elmləri doktoru, polkovnik Mamuka Qogitidze deyib.  O bildirib ki, fazişmin bu formada qəhrəmanlaşdırılması qəbuledilməzdir: “Böyük Vətən Müharibəsində qələbə böyük itkilər hesabına başa gəlib və 73 il qabaq heç kəsin ağlına gəlməzdi ki, faşizm və neofaşizm nə vaxtsa bərpa oluna bilər”.

“Patriot”  İnformasiya Agentliyini direktoru Giorgi Remadze də Ermənistanda faşizm ideologiyasının təbliğatını təhlükəli adlandırıb: “Ermənistanla yanaşı, Qafqazda da faşizm ideologiyasının bərpası və gənclər arasında yayılmasına cəhdlər müşahidə olunur. Bu cür təhlükəli tendensiyalar və cəhdləri yalnız birgə mübarizə aparmaqla aradan qaldırmaq olar”.