İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Allahşükür Paşazadə: Ermənilər tarixən Azərbaycan torpaqlarına yiyələnmək istəyib

Allahşükür Paşazadə: Ermənilər tarixən Azərbaycan torpaqlarına yiyələnmək istəyib

28.03.2018

Ermənilər tarixən Azərbaycan torpaqlarına yiyələnmək istəyib.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Ermənistan adında təcavüzkar qonşumuz hələ XIX əsrin əvvəllərindən bizim torpaqlarımıza göz dikib. Onların da havadarları daim onlara kömək edib: "Azərbaycan torpaqlarında ermənilər dəfələrlə soyqırımı törədib. Onların arxasında dayanan qüvvələrin kimlikləri hər kəsə məlumdur. Bu gün də həmin havadarlar öz köməklərini davam etdirir. Bu gün də ermənilərin gözü doymur".

QMİ sədri qeyd edib ki, ermənilər özlərini həmişə yazıq kimi göstərirlər: "Bəziləri də elə düşünür ki, onlar soyqırımına məruz qalıb. Halbuki ermənilərin günahsız insanlarımıza qarşı törətdikləri vəhşiliklər heç vaxt yaddan çıxmaz. Dünyada xristianları müsəlmanlara qarşı qoymaq istəkləri var. Çünki ermənilərin arxasında məhz xristian dövlətləri durur".