İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mübariz Qurbanlı: Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb

Mübariz Qurbanlı: Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb

28.03.2018

Trend:

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 200 il əvvəldən başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, erməni vəhşiliklərini gənc nəsil müxtəlif dillərdə dünyaya yaymalıdır: "Bunun üçün gənc nəslin kifayət qədər imkanı var. Gənc nəsil bu imkanlardan yararlanmalı, məsələni diqqətdə saxlamalıdır. Çünki, bizim düşmənlə müharibəmiz bitməyib. Diplomatık cəhətdən biz ermənilər üzərində üstünlük əldə edə bilmişik. Ən əsası, ermənilər münaqişə ilə bağlı saxta faktları dünyaya tanıtdıra bilməyib, buna imkan verməmişik. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi burmənalı təsdiqlənir. Ermənilərin saxta faktları ifşa olunub".

M. Qurbanlı bildirib ki, ermənilərin Xocalıda törətdiyi vəhşiliklər dünya ictimaiyyətinə çatdırılıb: "Ermənilər bunu hərbi əməliyyat kimi qələmə vermək istəsə də, bu cəhdləri baş tutmayıb. Çünki, burda dinc əhaliyə tutulan divan faktlarla dünyaya çatdırılıb. Ermənilər dinc əhaliyə qarşı soyqırımı törədib".