İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan Azərbaycan tərəfinin bəyanatına cavab olaraq qeyri-ciddi addım atıb

XİN: Ermənistan Azərbaycan tərəfinin bəyanatına cavab olaraq qeyri-ciddi addım atıb

29.03.2018

"Bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-nın sorğusuna cavab olaraq deyib.

O qeyd edib ki, Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi "qondarma rejim"in təqdim etdiyi kağız parçasını əlavə edib.

Hacıyev bildirib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyivə Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim etdiyi və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim edir.