İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib

30.03.2018

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul olunub.

APA-nın məlumatına görə, bəyanatı Milli Məclisin xüsusi iclasında sədr müavini Bahar Muradova oxuyub.

Bəyanatda ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya faktları sadalanıb. Sənəddə bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin tabeliyində olan daşnak qruplaşmaları azərbaycanlıları qarşı mənsubiyyətinə görə soyqırıma məruz qoyub: “Bu, ermənilərin “Böyük Ermənistan” xülyası naminə törətdikləri qətliamların ən böyük səhifələrindən biridir”.

Bəyanatda deyilir ki, həmin siyasətin davamı olaraq 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb və bu, torpaqların işğalı, azərbaycanlıların kütləvi qətli, etnik təmizləmə ilə nəticələnib.

Sənəddə BMT-nin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələrinin hələ də icra olunmaması xatırladılıb, ədalətin bərpası tələb olunub.

Bəyanat səsə qoyularaq qəbul edilib.