İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır

09.04.2018

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "TRT World" telekanalına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət qeyri-qənaətbəxşdir. Xarici işlər naziri əlavə edib ki, Ermənistan atəşkəs rejimini tez-tez pozur: "Biz buna sporadik atəşə tutma deyirik. Bu sporadik atəşə tutmalar daha ciddi toqquşmalara gətirib çıxara bilər. Qoşunların təmas xəttində səngərlər bir-birinə çox yaxındır. Bəzən səngərlər arasında məsafə 100 metrdən az təşkil edir. Əlbəttə, bu, böyük təhlükə yaradır. Mən düşünmürəm ki, diplomatiyanın imkanları tükənib. Lakin biz səylərimizi ikiqat və ya üçqat artırmalıyıq".

Nazir qeyd edib ki, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: "Biz [tərəflər] Ermənistan və Azərbaycanda seçki proseslərinin başa çatmasından sonra danışıqları ciddi fəallaşdırmaq barədə razılığa gəlmişik. Sonunda biz nəticəyə nail olacağıq. Biz gözləyirik ki, ədalətli qərar qəbul ediləcək. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".