İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir

Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir

09.04.2018

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, eyni zamanda 2011-ci ildə Kazan sammitinin nəticələri də danişiqlar zamanı istifadə olunmalıdır.

“Ən əsası, hələ də danışıqlar zamanı hərdən ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, kifayət qədər olan realist və praqmatik ideyalarda diqqəti cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu ideyaları “kağız üzərində əks etdirmək lazımdır”.

Lavrov bildirib ki, 2011-ci ildə baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da: “Lakin sammit zamanı əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciyə etmirik. İşlər davam etdiriləcək. Əminəm ki, “Kazan sənədi” adlandırılan sənəddə olan çox şeyə hələ də tələbat var.”

Nazir həmçinin bildirib: “O illər ortaya çıxarılan heç bir şey, fikrimcə, itirilməyib. Düzdür, bu vaxt ərzində həmsədrlərin tərəflər ilə danışıqlarında inkişaf etdirdiyi bir neçə yeni ideya da yaranıb”.