İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir

RF Prezidentinin səlahiyyətli nümayəndəsi: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi şans verir

23.04.2018

Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir.

Bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri Serj Sarkisyanın istefasını şərh edərkən deyib.

S.Markovun sözlərinə görə, Serj Sarkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil:

“Məsələ ondadır ki, bu təkcə S.Sarkisyanın uzaqlaşdırılması deyil: bu amerikayönümlü, erməni “maydan”ının qələbəsidir. Nikol Paşinyan erməni dilində mənası “Çıxış” demək olan “Yelk”in rəhbəridir. O dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Yəqin ki, bununla bağlı danışıqlar aparılacaq, amma Ermənistanın bu qurumdan çıxması az ehtimal olunur. Həm də ölkə quruma tam daxil də deyil”.

S.Markov hesab edir ki, Ermənistanda iğtişaşlar başlaya bilər, çünki bu çevrilişin nə dərəcədə dinc şəkildə başa çatacağı məlum deyil. Amma “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir:

“Heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadada əziyyət çəkmək istəmir. Ona görə də “Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun cavabında Ermənistanın blokadası qaldırılır”.

Ölkədə hakimiyyətin devrilməsi fonunda Ermənistanın sosial-iqtisadi və siyasi kursunun dəyişməsi məsələsinə toxunan politoloq qeyd edib ki, etiraz hərəkatının liderlərini müstəqil saymır:

“Onlar kifayət qədər amerikayönümlüdür və onların əsas vəzifələri Ermənistanı Rusiyadan qoparmaq və tarixdə terror aktları ilə tanınan Daşnaksütun kimi təşkilatları Rusiyaya qarşı yönləndirməkdir”.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilib. Aprelin 23-də S.Sarkisyan istefa verdiyini açıqlayıb.