İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərazilərimizi işğal edən və öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb

Ərazilərimizi işğal edən və öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb

25.04.2018

Azərbaycan Ermənistanla qonşu ölkədir, buna görə də Ermənistanın vəziyyətinə biganə deyilik. Təəssüf ki, Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təkcə təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi şəraitə deyil, eyni zamanda, vətəndaş müharibəsinə aparıb çıxarıb.

Trend-in məlumatına görə, bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

S.Fətəliyeva qeyd edib ki, bu gün nəzərlər Yerevana yönəlib. Ermənistanın vilayətlərində nələr baş verdiyini kim bilir? Erməni hüquq müdafiəçiləri sosial şəbəkələrdə informasiya paylaşaraq, kütləvi həbslərdən xəbər verirlər:

"Son hadisələr zamanı Yerevanda saxlanılanlar dövlət binalarını əhatəyə alanlardırsa, digər şəhərlərdə sadə nümayişçilər saxlanılır və onlara zor tətbiq olunur. Əlbəttə ki, bu Ermənistan hakimiyyəti tərəfindən açıqlanmır, ancaq ölkənin hüquq müdafiə təşkilatları bununla bağlı ciddi narahatlıqlarını bildirirlər. Yerevan paytaxtdır, buna görə baş verən hər şey diqqət mərkəzindədir, lakin digər şəhərlərdə baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır".

Deputat vurğulayıb ki, bu Ermənistanda ilk böyük miqyaslı etiraz aksiyaları deyil, əvvəllər də yüz minlərlə adam etiraz aksiyaları keçirib və hər dəfə nümayişçilər şiddətli basqıya məruz qalıblar:

"Dünyadakı beynəlxalq təşkilatlar və inkişaf etmiş demokratik ölkələr, baş verənlərə olduqca yumşaq reaksiya göstərirlər. Dünya ictimaiyyətinin laqeydliyi nəticəsində Ermənistan hökuməti onilliklər ərzində fəaliyyətini davam etdirib, siyasi gücdən istifadə edərək bütün səlahiyyətləri öz əlində saxlamaq üçün hakimiyyət formatını dəyişib. Bu gün Ermənistanda mövcud özbaşınalığa beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün ölkədə baş verən kütləvi etiraz aksiyalar böyük əks-səda doğurub".

“Düşünürəm ki, Azərbaycan ərazilərini işğal edən və bu gün öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb”, - deyə S.Fətəliyeva vurğulayıb.