İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilərin Ağdamda mülki şəxslər olan avtomobili atəşə tutublar

Ermənilərin Ağdamda mülki şəxslər olan avtomobili atəşə tutublar

03.05.2018

Ağdamda mülki avtomobil ermənilər tərəfindən atəşə tutulub.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hadisə mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib.

Artezian quyularına nəzarət edən briqada kənd ərazisindəki artezyanı təmir edərkən Ağdamın işğal altındakı ərazilərindən işçilərin olduğu maşın atəşə tutulub. Avtomobildə olan işçilər çarəsizlikdən avtomobili saxlayaraq hadisə yerindən uzaqlaşıblar. Hazırda güllələnən avtomobili ərazidən çıxarmaq mümkün deyil.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xoşbəxtlikdən işçilər xəsarət almayıb.