İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək

XİN: Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək

05.05.2018

Rusiya bundan sonra da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək göstərməkdə davam edəcək.

Bunu bu gün Moskvada keçirilən mətbuat konfransında Trend-in sualını cavablandırarkən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib:

“Öz növbəmdə mən demək istərdim ki, biz şübhəsiz ki, bu məsələ ilə bağlı ardıcıl mövqe tuturuq və bu mövqedən kənara çıxmırıq, ona görə də biz tərəflərə kömək göstərməkdə davam edəcəyik. Amma Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır. Ermənistan indi mürəkkəb siyasi dövrdən keçir, fikrimcə vəziyyətin sabitləşməsini, ölkədə rəhbər orqanların tərkibinin müəyyənləşməsini gözləmək lazımdır”.

M.Zaxarova hesab edir ki, bundan sonra xarici siyasi kursun davam etdirilməsi üçün bütün imkanlar olacaq ki, bu sahədə əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.