İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Əhmədov: Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq

Əli Əhmədov: Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq

07.05.2018

Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.

 

Baş nazirin müavini vurğulayıb ki, Ermənistandakı qarşıdurma, gərginlik və problemlərin yaranmasına rəvac verən ziddiyyətləri bir neçə gün, bir neçə ay ərzində, hətta bir neçə il ərzində aradan qaldırmaq mümkün deyil:

"Ermənistanda kimin baş nazir seçilməsindən asılı olmayaraq, onların qarşısında duran çətinliklər aradan qalxmayacaq. Çünki bu çətinliklərin, bu tənəzzülün yaranması üçün əsas olan problem - işğalçılıq siyasəti aradan qaldırılmayıb. Nə qədər ki, Ermənistan təcavüzkar kimi mövcud olacaq, o qədər də Ermənistan qarşısında ciddi çətinliklər və məşəqqətlər yaradan problemlər qalacaq”.