İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İƏT XİN Şurası Xocalı faciəsinin 56 üzv dövlət tərəfindən soyqırım kimi tanınması ilə bağlı qətnamə qəbul edib

İƏT XİN Şurası Xocalı faciəsinin 56 üzv dövlət tərəfindən soyqırım kimi tanınması ilə bağlı qətnamə qəbul edib

07.05.2018

Banqladeşin paytaxtı Dəkkə şəhərində 5-6 may 2018-ci il tarixlərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası ölkəmiz və Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumu ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.

İƏT Gənclər Forumu Avrasiya Regional Mərlkəzindən Trend-ə verilən məlumata görə, sessiyanın “İƏT Gənclər Forumu haqqında” başlığı ilə qəbul etdiyi qətnamədə Xocalı faciəsi 56 üzv dövlət tərəfindən bir daha soyqırım kimi tanınıb və İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyasının fəaliyyətlərinə üzv ölkələr tərəfindən siyasi dəstəyin verilməsi haqqında çağırış edilib.

Bununla yanaşı, qətnamədə 17-19 aprel 2018-ci il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyində Bakıda keçirilən 4-cü İƏT Gənclər və İdman Nazirləri Konfransının nəticələri, o cümlədən Bakıda qəbul edilmiş tarixi İƏT-nin Gənclər Strategiyası dəstəklənib və Konfransın yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkür ifadə edilib.

 

Eyni zamanda 56 ölkənin xarici işlər nazirləri tərəfindən İƏT Gənclər Forumu haqqında qəbul edilmiş qətnamədə üzv dövlətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT coğrafiyasında gəncliyin inkişafı üçün gördüyü işlər və İƏT Gənclər Forumuna göstərdiyi diqqət və dəstəyə görə xüsusi təşəkkür ifadə edilib.

Sessiyanın yekun Bəyannaməsində isə bu ildən başlayaraq İƏT Gənclər Forumuna XİN Konfransları çərçivəsində Gənc Liderlər Konfranslarının keçirilməsi, sözügedən konfransların tövsiyələrinin Nazirlər tərəfindən müzakirə olunması səlahiyyəti verilərək, Forumun təşkılatçılığı ilə Dəkkə sessiyası öncəsi Gənc Liderlər Konfransının ilk toplantısının bu il keçirilməsi yüksək qiymətləndirilib.

Qeyd edək ki Forum 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində Azərbaycanın ilk beynəlxalq təşkilat təşəbbüsü olaraq təsis edilib. Mərkəzi qərərgahı İstanbulda yerləşən Forumun 2014-cü ildən sədri səfir Elşad İskəndərov daha əvvəl qurumun təsisçi Baş Katibi olub.