İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elman Abdullayev: Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə hüquqi qüvvəyə malik deyil

Elman Abdullayev: Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə hüquqi qüvvəyə malik deyil

28.08.2014

Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə bəyannamə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə axşamı brifinqdə Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni şərh edərkən bildirib.

"Bu fakt həmin sənədin qəbul edilməsinə səs verən senatorların dürüstlüyünü şübhə altında qoyur ki, bu da ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi sayəsində mümkün olub".

Onun sözlərinə görə, kaliforniyalı senatorlar bu qətnaməyə səs verməklə Azərbaycan topraqlarının işğalını dəstəkləməyə çağırıblar ki, bu da beynəlxalq norma və prinsiplərə ziddir.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb.