İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın yeni baş naziri Dağlıq Qarabağa səfər edib

Ermənistanın yeni baş naziri Dağlıq Qarabağa səfər edib

09.05.2018

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, N. Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla Xankəndidən Şuşaşəhərinə yollanıb.

Ermənistanın yeni baş nazirin Xankəndi şəhərində mətbuat konfransı keçirəcəyi bildirilir.