İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan ATƏT-in Minsk qrupunu yezidi kürdlərin Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirilməsinə reaksiya verməyə çağırıb

Azərbaycan ATƏT-in Minsk qrupunu yezidi kürdlərin Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirilməsinə reaksiya verməyə çağırıb

28.08.2014

Azərbaycan ATƏT-in Minsk qrupunu yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirilməsinə ciddi reaksiya verməyə çağırıb. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

E.Abdullayev bildirib: "Belə cəhdlər və hərəkətlər Dağlqı Qarabağ ətrafında danışıqlar prosesinə mane olur və dördüncü Cenevrə Konvensiyasına ziddir".

Onun sözlərinə görə, belə cəhdlərə və hərəkətlərə keçmişdə də yol verilib və belə faktlar ATƏT missiyasının Ermənistan tərəfindən adamların işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz yerləşdirilməsi faktlarının araşdırılmasına dair hesabatında öz əksini tapıb.

E.Abdullayev bildirib ki, Azərbaycan XİN artıq beynəlxalq təşkilatları Ermənistanın yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsi cəhdləri haqqında məlumatlandırıb.

Qeyd edək ki, yezidlər İraqda yaşayan kürdlərin etnik-dini qrupudur.