İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Zaxarova: Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullarla Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var

Zaxarova: Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullarla Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var

23.05.2018

Trend:

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Rusiya XİN-in nümayəndəsi bildirib: “Rusiya həmişə bu məsələdə fəal rol oynayıb. Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var. Biz çox aktiv rol oynamışıq və bunu tərəflərlə sıx əlaqədə davam etdirəcəyik”.