İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya XİN-dən Ermənistanın ATƏT-in Minsk qrupu adından danışmasına rəsmi cavab

Rusiya XİN-dən Ermənistanın ATƏT-in Minsk qrupu adından danışmasına rəsmi cavab

30.05.2018

ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Bu barədə özəl olaraq Trend-in sorgusuna cavabında Rusiya XİN Ermənistan tərəfinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda birbaşa iştirakının guya davamlı sülhü təmin etməyə imkan verəcəyi və bunun guya həmsədrlər tərəfindən də deyilməsi fikirlərini şərh edərkən bildirib.

Rusiya XİN bildirib: "Ermənistan Azərbaycan kimi ATƏT Minsk qrupunun üzvüdür. Onun rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri danışıqlar prosesinin tərəflərindən birinin mövqeyidir. ATƏT Minsk qrupunun həmsədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz yanaşması var və bu, Minsk qrupu, eləcə də rusiyalı həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi ki, Ermənistanın bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur:

"Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə əsasən münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir. Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaq işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar".