İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sergey Lavrov növbəti erməni yalanını ifşa etdi

Sergey Lavrov növbəti erməni yalanını ifşa etdi

08.06.2018

"ATƏT Minsk qrupunun rusiyalı həmsədri İqor Popov heç vaxt deməyib ki, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına qayıtmalıdır".

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla birgə mətbuat konfransı zamanı deyib.

Erməni jurnalist ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatına, xüsusilə rusiyalı həmsədr İqor Popovun guya müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlar masasına qayıtmasının zəruriliyi barədə fikirlərinə istinad edərək sual verib: “Bununla bağlı Rusiyanın indiki mövqeyi necədir və həmsədrlərin dediyi kimi, Dağlıq Qarabağın danışıqlar prosesinə qayıtması mərhələsi yaxınlaşmırmı?

Nazir suala cavabında bildirib ki, Rusiyanın mövqeyi dəyişməz qalıb: “Bu mövqe hər zaman Dağlıq Qarabağ məsələsinin ATƏT Minsk qrupu vasitəsilə həllində əks olunub. Bu prosesin iştirakçıları Azərbaycan və digər dövlətlərlə yanaşı, həm də Ermənistandır. Əminik ki, bu, optimal formatdır və Minsk qrupunun Fransa və ABŞ ilə birgə həmsədrlərindən biri qismində biz Bakı ilə Yerevana razılığa gəlmələrinə imkan verəcək şəratin yaradılması üçün ziddiyyətsiz ümumi xətt həyata keçiririk. Bu iş uzun illərdir ki, davam edir, müxtəlif mərhələlər olub. Yeri gəlmişkən, bəzi mərhələlərdə Dağlıq Qarabağ nümayəndələri də bu prosesdə iştirak edib. Sonra tərəflərin razılığı ilə format dəyişdirildi və indiki kimi oldu. Cənab Popov heç vaxt deməyib ki, onlar qayıtmalıdır. Xahiş edirəm ki, diqqətli olaq. Əgər tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda yenidən təmsil olunması ilə bağlı razılığa gələrlərsə, bu, onların qərarları olacaq və biz bu qərara hörmətlə yanaşacağıq”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməli olduğunu bəyan edib.