İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ-ın Azərbaycandakı səfirliyi: Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ABŞ-ın siyasətini əks etdirmir

ABŞ-ın Azərbaycandakı səfirliyi: Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ABŞ-ın siyasətini əks etdirmir

28.08.2014

Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ABŞ-ın siyasətini əks etdirmir.

APA – nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

“ABŞ-ın xarici siyasəti federal şura tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini ifadə etməkdə sərbəstdir. Lakin bu fikirlər dövlətin xarici siyasətini əks etdirmir. Kaliforniya ştatı senatının qəbul etdiyi qətnamə qanunverici orqanın fikrinin ifadə edilməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”, - deyə məlumatda vurğulanır.