İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çavuşoğlu: Türkiyə vaxtilə zəruri gücə sahib olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi

Çavuşoğlu: Türkiyə vaxtilə zəruri gücə sahib olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi

11.06.2018

Əgər Türkiyə vaxtilə zəruri gücə sahib olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan Türkiyə üçün mühüm strateji ölkədir.

Nazir bildirib ki, Ankara hər zaman Bakını dəstəkləyib və dəstəkləməkdə davam edəcək.