İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməyə haqqı var

Ziyafət Əsgərov: Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməyə haqqı var

13.06.2018

Azərbaycanın haqqı var ki, BMT-nin Nizamnaməsinə, öz qanunvericiliyinə uyğun olaraq müharibə yolu ilə torpaqlarını azad etsin.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan sülhsevər dövlətdir:

“Biz sülhsevər dövlət olaraq başqa dövlətlərin ərazisinə qəsd etmək vasitəsi kimi müharibəni rədd edirik. Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Ermənilər sülh yolu ilə ərazilərimizi tərk etməsələr, Azərbaycanın haqqı var ki, BMT-nin Nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin. Bizim işimiz haqq-ədalət işidir”.