İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün əlindən gələni edəcək

Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün əlindən gələni edəcək

20.06.2018

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına konstruktiv töhfə vermək üçün əlindən gələni edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Zarova qeyd edib: "Birincisi, Rusiya ATƏT-in Minsk qrupunun iştirakçısı kimi öz roluna sadiqdir, ikincisi isə mövcud böhranın nizamlanmasına və bu iki ölkənin münasibətlərinin normallaşmasına konstruktiv və səmərəli töhfə vermək üçün ondan asılı olan hər şeyi edəcək. Bu bizim ənənəvi mövqeyimizdir. Bizim üçün bu, çox ciddi məsələdir.