İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: “Torpağı işğal altında olan ölkədə bu həcmdə şou proqramlar olmamalıdır”

Əli Həsənov: “Torpağı işğal altında olan ölkədə bu həcmdə şou proqramlar olmamalıdır”

29.08.2014

“Sülh danışıqları heç bir nəticə vermir və biz istənilən yolla torpaqlarımızı azad edə bilərik. O günə biz hər zaman hazır olmalıyıq. Buna bütün Azərbaycan xalqı, təşkilatlar, nazirlər, komitələr hazır olmalıdır”. SİA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov hesab edir ki, mətbuat bu məsələni gündəlik proqramlarında nəzərə almalıdır: “Azərbaycan televiziyalarında şou proqramlar da olmalıdır, ancaq bu həcmdə yox. Torpağı işğal altında, vətəndaşı əsirlikdə olan ölkənin hər bir telekanalında, hər bir mətbuat orqanında hərbi vətənpərvərliklə bağlı, gənclərimizin həm fiziki, həm də mənəvi hazırlanması üçün tədbirlər görməlidir”.

Baş nazirin müavini vurğulayıb ki, işğal altında olan torpaqlarımızın azad olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev bütün tədbirləri görür: “Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana himayədarlıq edən bir ölkənin ərazisində, onun rəhbərinin yanında Ermənistan hakimiyyətini faşist rejimi adlandırdı. Bundan başqa Avropa Şurasında bütün Avropanın, beynəlxalq təşkilatların ikiüzlülüyünü açıq-aşkar bildirdi. Bütün bunlar sübut edir ki, Azərbaycan Prezidentinin müstəqil siyasəti və fikri var. O, müstəqil dövlətin rəhbəridir. Azərbaycan Prezidenti İlham Əliyev gördüyü işləri yalnız Azərbaycan xalqının mənafeyinə, milli maraqlarına uyğun görür. Gün gələcək, Azərbaycan Prezidenti işğal olunmuş torpaqlarımızın azad olunmasına mütləq nail olacaq”.

Baş nazirin müavini əsirlikdə olan iki azərbaycanlını ölkənin qəhrəman oğulları adlandırıb: “İki vətənpərvər Azərbaycan oğlu Kəlbəcər rayonuna doğma kəndini ziyarət etməyə gedir və Kəlbəcərdə yaşayan bütün ermənilər oranı tərk etməyə başlayır. Əgər hər işğal altında olan rayona iki-üç mərd oğlumuz getsə, orada bir nəfər də erməni qalmayacaq. Onsuzda ermənilərin köçü başlayıb. Bu gün ermənilər hava limanında uzun növbəyə durublar və ölkəni tərk edirlər. Ancaq, Ermənistanda qalan erməni xalqı az da olsa, güzəranlarının yaxşı olmasını istəyirlərsə, o rejimdən canlarını qurtarmalıdırlar. Bugünki Ermənistan rejimi onlara heç bir xoş gün göstərməyəcək. Erməni xalqı bu gün zülmət içərisində yaşayır. Onların yeganə yolu o rejimdən xilas olmaq, Azərbaycana sığınmaq və imkanlarımızdan bəhrələnərək özlərinə xoş bir gün qurmaqdır”.