İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan və Azərbaycan XİN başçıları Minskdə görüşüblər

Ermənistan və Azərbaycan XİN başçıları Minskdə görüşüblər

23.06.2018

Azərbaycan və Ermənistan xarici İşlər nazirləri arasında ayaqüstü görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter”səhifəsində yazıb.

Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, “Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib.

 Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.