İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri: "Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir"

Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri:

01.07.2018

"Tədbirin Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir"

"Azərbaycan və Rusiya arasında yaxınlaşma vektoru ilə növbədə Azərbaycan və Rusiya prezidentləri arasındakı münasibətlərə, strateji tərəfdaşlıq kursuna əsaslanır".

APA-nın məlumatına görə, bunu bu gün Cocuq Mərcanlı kəndində  rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda keçiriləcək konfransın iştirakçısı, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin jurnalistlərə açıqlamasında deyib

Duqin iki ölkənin ekspertləri, deputatları, mədəniyyət xadimləri arasında görüşlərin əhəmiyyətli olduğunu qeyd edib : "Bakı və  Moskva arasında geopolitik ox"  mövzusunda ilk tədbir bir il əvvəl Moskvada "Prezident" otelində keçirilib. İkinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Ekspertlər Klubunun rəhbəri A. Praxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif etdi. Bu, simvolik bir yerdir, biz tədbiri Qarabağda keçiririk. Bu, bir daha Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir,  beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Mən hüquqi baxımdan Azərbaycana məxsus Qarabağda ilk dəfə səfərdədir. Bu, rusiyalı ziyalıların da Qarabağ probleminə yanaşması ilə bağlı bir işarədir. Bu, Ermənistana qarşı yönəlməyib. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Onu da qeyd edim ki, Azərbaycan Rusiyanın Türkiyə və İranla münasibətlərində açar rol oynayır. Rusiya hazırda Türkiyə və İranla strateji əməkdaşlıq edirik. Biz birlikdə Suriyada birgə strateji əməkdaşlıq həyata keçiririk. Bakı bu strateji əməkdaşlıqda hansı yeri tutur? Biz bunu da müzakirə edirik