İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dmitri Savelyev: Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycana qaytarılmalıdır

Dmitri Savelyev: Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycana qaytarılmalıdır

01.07.2018

Dağlıq Qarabağ və ətraf 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.

Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib.

D.Savelyev qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya bu münaqişənin həllində maraqlıdır: "Məhz Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna görə Ermənistan ölkəni dərin iqtisadi böhrana salan blokadadadır. Ancaq təəssüf ki, hələlik Ermənistan hakimiyyəti bunu başa düşmür".

Onun sözlərinə görə, Rusiya Ermənistan hökumətinin dəyişkən siyasətini görür və məyusdur. Eyni zamanda, Bakını isə Moskva etibarlı tərəfdaş kimi görür: "Biz Azərbaycanda yaxın tərəfdaş kimi əminik. Buna görə də biz milyardlarla dollarlıq silah satırıq, çünki bilirik ki, bu silahlar Rusiyaya tərəf heç vaxt dönməyəcək və hər iki dövlətin mənafelərinə xidmət edəcək".

D.Savelyev Azərbaycanın Rusiya ilə bir çox region ölkəsi arasında vasitəçi olduğunu vurğulayıb.