İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müzakirə edilib

Azərbaycan XİN-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müzakirə edilib

04.07.2018

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib.

Baş katib E.As-Sini Azərbaycanı təmsil etdiyi cəmiyyətin fəal tərəfdaşı adlandırıb, ölkəmizdə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə həmçinin, milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyədə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

 

E.Məmmədyarov Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verib.

Baş katib AİDA haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanış olmaqda maraqlı olduğunu bildirib.

Nazir həmsöhbətə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının itkin düşmüş hesab olunduğu barəsində məlumat verdi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyinə diqqəti çəkib.