İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Emənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər

Emənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər

08.07.2018

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.  APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar günorta saatlarından başlayaraq Baş Qərvənd kəndi ərazisində müşahidə olunur.

Erməni hərbiçilərinin Qərvənd kəndində törətdiyi yanğın  neytral ərazilərə yayılıb. Hazırda yanğın cəbhə xəttinə yaxın Mirəşelli, Çıraxlı , Əhmədağalı kəndindən aydın görunür.